N.Hülkenberq: “Maksimumu aldıq”

Əbu Dabidəki sıralanma turunda 7-ci yeri tutan Hülkenberq bildirib ki, cümə günündə yaşadıqları problemləri həll etdikləri üçün sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü ilk sərbəst yürüşlərdə yerini Alfonso Selişə vermiş və son sərbəst yürüşlərdə isə etibarlılıq probleminə görə çox vaxt itirmişdi.

Niko Hülkenberq: “Nəticəyə görə sevincliyəm. Yeddinci yerdən daha yaxşı yer tuta bilməzdik.

Sərbəst yürüşlərdə çox vaxt itirdik və buna görə də sıralanma turundakı dövrəmdən razıyam. İki saata qədər vaxt itirsəm də, vəziyyətdən yaxşı çıxdıq. Ümid edirəm ki sabahkı yarışdan da maksimum nəticə qazanarıq və Force İndia üçün gözəl sonluq olar.

İlk altılıqdakı sürücülər daha sürətli görünürlər. Onlarla eyni tempi tuta biləcəyimizə əmin deyiləm, amma əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Hülkenberq gələn ildən etibarən Renault-da çıxış edəcək və bu yarış almaniyalının Force İndia-dakı son yarışıdır…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*