F-1.az xatırladıb ki, Həmilton Meksika yarışınının startında ilk döngəni kəssə də, ona heç bir cəza verilməmişdi.
Niko Hülkenberq: “Lyuisin ilk döngədə etdiyi manevr çox qəribə idi. Əgər üstünlük deyildisə, bəs nə idi?
Əgər ilk döngədə divar olsaydı, böyük problem yaşayardı. Bilmirəm. Bəlkə qaydalar həmin gün, həmin saat bir az dəyişilmişdi. Əgər əyləclərin vəziyyəti dediyi kimi pis idisə, bütün yarışı nəzarətdə saxlayıb qazana bilərdimi? Bilmirəm.
Sözün açığı, məni maraqlandırmır. Çünki bu yarışın içində deyiləm. Amma stüardların bu insidenti araşdırmaması qəribə gəlir”.