N.Hülkenberq lider olmaq istəmir?

Renault komandasının yeni sürücüsü Niko Hülkenberq bildirib ki, komandanın lideri olmaq mövzusunda heç bir narahatçılığı yoxdur. Almaniyalının əsas məqsədi komandaya kömək etməkdir.

F-1.az xatırladır ki, Hülkenberq keçən mövsümün sonunda Force İndia-dan ayrılaraq, Renault komandasına gəlmişdi. Almaniyalı yeni komanda yoldaşı Palmer ilə yaxşı münasibət qura bilib və əsas məqsədi komandasına kömək etməkdir: “Sözün açığı, bu mövzu mənim üçün vacib deyil. Son günlər mətbuatda bu cür xəbərlər oxuyuram. Mənə komandanın lideri deyirlər, amma bunu başa düşmürəm. Komanda lideri nə deməkdir axı? Əgər öndə olmaq istəyirsinizsə, komanda yoldaşınızı məğlub etməlisiniz. Bunun üçün də lider olmağa ehtiyac yoxdur. Məqsədim komandama kömək etməkdir. Hazırda diqqətimi buna vermişəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*