F-1.az xatırladır ki, fransız təmsilçisi McLaren-lə birlikdə 4-cü yerin ən böyük favoritidir.
Niko Hülkenberq: “Mübarizəyə hazıram və mövsümün başlamasını səbirsizliklə gözləyirəm. Avstraliyadakı trası çox sevirəm. Melburn gözəl şəhərdir və fanlar bizi gözəl qarşılayırlar. Avtoidmanı sevirlər, başa düşürlər və tarixini bilirlər. Melburnun sakit və rahat atmosferi var.
Albert Park çox gözəldir. İkinci sektoru sevirəm. Üçüncü və dördüncü döngədən sonrası çox gözəldir. Şəhər tipli tras olsa da, sürətli hissələri var. Mövsümə başlamaq üçün əla yerdir. Saat və iqlim fərqi olduğu üçün ora vaxtından əvvəl gedirik.
Qış ayları uzun idi, amma yarışa hazıram. Startda işıqların sönməsini gözləyəndə hər şey yaddan çıxır. Bu hissi yenidən yaşamaq istəyirəm. Komandama güvənirəm. Testlərdə çoxlu məlumat topladıq. Bu, bizə fayda verəcək. Renault-da bir il keçirmişəm və bu, mənim üçün üstünlükdür. Keçən il çox inkişaf etdik və qışda çox işlədik. Mübarizəyə hazıram!”