F-1.az xatırladır ki, fransalı komanda ilk 6 yarışın hamısından xalla ayrılmış 3 kollektivdən biridir.
Niko Hülkenberq: “Kanada sürətli traslardan biridir və burada doğru asfaltayatma qüvvəsini tapmaq vacib olacaq. Çox uzun düzlüklərdən sonra böyük əylənmələr var və burada təkərlərə böyük yük düşəcək. Çox yaxşı hazırlaşmalıyıq. Əyləclərə görə də çətin yarışlardan biri olacaq. Porebriklərə düzgün hücum edərək, limitləri sona qədər istifadə etməliyik. Asan yarış olmayacaq. Ötmə üçün də əlverişli tras deyil. Amma son sektordakı uzun düzlükdə DRS-lə şansımız olacaq. HyperSoft təkərlər bizə strategiya cəhətdən seçim şansı verəcək. Fərqli strategiyalar gözləyirəm”.