F-1.az xatırladır ki, almaniyalı sürücü Belçika yarışının startında gec əyləndiyi üçün Alonsoya çırpılıb. Bunun nəticəsində ispaniyalı sürücü Şarl Leklerin başının üzərindən uçub. Yekunda hər 3 sürücü mübarizəni dayandırmalı olub. Hülkenberq də yarışdan sonra səhvini boynuna alıb. Hadisəni təhlil edən stüardlar 31 yaşlı sürücünü İtaliya yarışının startında 10 yer itirməklə cəzalandırıblar.
N.Hülkenberq İtaliyada yer itirəcək
Renault komandasının sürücüsü Niko Hülkenberq Belçika yarışının startında Fernando Alonsoya çırpılıb zəncirvarı qəza yaratdığı üçün İtaliya yarışının startında 10 yer itirəcək.