N.Hülkenberq istədiyi nəticəni ala bilməyib

Renault komandasının sürücüsü Niko Hülkenberq boş keçən test günlərinə görə məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin 4-cü günündə trasa çıxsa da, təmiz bir dövrə vura bilməyib. Nahardan sonra isə yerini komanda yoldaşı Karlos Saynsa verib.

Niko Hülkenberq: “4-cü gün səhər sükan arxasına keçdim, amma heyif ki, hava şəraiti istədiyim kimi deyildi. Buna görə də təmiz dövrələr vura bilmədim. Sözün açığı, yağış təkərləri ilə dövrə vurmaq məni geri saldı. Buna görə də ikinci həftədə daha çox işləməliyəm. Asfalt qatı yeni olduğu üçün gec qurudu. Bu səbəbdən 4-cü gün sadəcə bir dəfə dövrə vura bildim. Növbəti testdən maksimum istifadə etmək istəyirəm. Yeni mövsümdən əvvəl nə qədər çox dövrə vursam, o qədər yaxşıdır. Təkərləri və bolidi daha yaxşı anlayacağıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*