F-1.az xatırladır ki, Niko Hülkenberq Sinqapur və Amerika yarışlarının ilk dövrələrində qəza edərək, mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Almaniyalı bildirib ki, əgər bu hadisələr olmasaydı, Force İndia Williams komandasını daha çox xal fərqi ilə qabaqlayardı: “Cümə günündən başlayaraq, hər şey qaydasında olur. Amma ilk dövrədə təmas yaşayırsınız və mübarizəni vaxtından əvvəl dayandırırsınız. Hər şeyin nəzarətinizdən çıxması və yarışınızın divarda bitməsi arzuolunan deyil.
Bu mövsüm 3-cü dəfə bu cür insidentlə qarşılaşıram. Yarışda iştirak etməsəm, daha az məyus olardım. Bazadakı işçilər həvəslə işləyir və yarışın 5-ci saniyəsində məyus olurlar. Ümid edirəm ki, bundan sonra bəxtim gətirər.
Yarışın 35-ci dövrəsində səhv edib, mübarizəni dayandırsam, daha az məyus olaram. Çünki ən azından yarışdan aldığınız məlumatları təhlil edib, sonrakı yarışda bunun qarşısını ala bilərsiniz. Buna görə də, işi nəzarətdə saxlamaq həmişə yaxşıdır”.