N.Hülkenberq ilk 3 yarışdakı uğursuzluğu unutmaq istəyir

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, komandası Bəhreyndəki mövsümiçi testlərdə yarış tempində işləyib və Soçidəki yarışdan daha yaxşı nəticə gözləyir.

F-1.az xatırladır ki, Renault komandası bu il sıralanma tempində güclü olsa da, yarışda eyni performansı göstərə bilmir. Belə ki, Hülkenberq Çin və Bəhreyndə sıralanma turunda 7-ci olsa da, Çində 12-ci, Bəhreyndə 9-cu yerlərdə finiş görmüşdü. 29 yaşlı sürücünün komanda yoldaşı Palmer isə Bəhreyndə sıralanma turunun son sessiyasına qalsa da, yarışı 13-cü yerdə bitirmişdi.

Niko Hülkenberq: “Soçidə yarış tempimizi yaxşılaşdırmaq üçün Bəhreyndəki test günlərində çoxlu işlədik. Bir neçə yeni detalımız var. Təbii ki, Soçi bir az fərqli trasdır. Buna görə də heç nəyi proqnozlaşdıra bilmərik, amma müsbət yönlü düşünürəm. Bolidin vəziyyəti yaxşıdır və təkmilləşdirməli olduğumuz çox şey var. İnkişaf üçün nə etməli olduğumuzu bilirik. Daha çox asfaltayatma qüvvəsi istəyirik və bolidi aerodinamik cəhətdən inkişaf etdirməliyik. Bundan başqa təkərlərdən daha yaxşı istifadə etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*