N.Hülkenberq: Hücum rejimində olacam

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, nə edəcəyini bilir.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il dördillik fasilədən sonra ilk tam mövsümünə başlayır.

Niko Hülkenberq: “Demək olar ki, bütün həyatımboyu yarışmışam. Bunun üçün məşq etmişəm və yarış genləri qanıma işləyib. İşləməyə başlayanda nə edəcəyimi bilirəm, çünki bütün instinktlərim dövrəyə girir.

Bolidə oturandan özümü yaxşı hiss edirdim. İndi mübarizəyə hazıram. Orta qrup həmişə yaxın olub və burada kiçik şeylər böyük fərqlər yaradır. Bir gün pis keçsə belə, böyük təsiri olur.

Biz işimizi düzgün qurmalı və bolidimizi düzgün təkmilləşdirməliyik. Komandaya yaxşı öyrəşdim və hamı məni yaxşı qarşıladı. Aramızda yaxşı münasibət var.

Mən yarış adamıyam və buna görə də mövsümün ilk yarışını səbirsizliklə gözləyirəm. Hücum rejimində olacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*