N.Hülkenberq: Hələ yeni başlamışıq

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, hələ yola yeni çıxıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü dördillik fasilədən sonra yenidən Haas ilə idmana qayıdıb. O, qış testlərinin ilk gününündə səhər trasa çıxıb və 51 dövrə ataraq, altıncı olub.

Niko Hülkenberq: “Hər bolidin fərqli hissi və genetikası var. Bolid işləyəndə güc qurğusunun titrəməsi fərqli olur. Fərqli istehsalçı olduğunu hiss edirsiniz.

Məsələn, Audi-dən Volkswagen-ə keçəndə də elədir. Özünüzü fərqli hiss edirsiniz. Formula1 bolidləri də bu cəhətdən fərqli deyil. Əbu Dabidə sürdüyüm boliddən fərqli və bənzər cəhətləri var. Yenə də bir neçə dövrə vura bildim. Hələ ilk gündəyik.

Önümüzdə uzun yol var və üzərində işləməli şeylər çoxdur. Lakin ilk gündən həzz aldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*