F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il 16 yarış Colion Palmerlə, 4 yarış isə Karlos Sayns ilə komanda yoldaşı olmuşdu.
Niko Hülkenberq: “Palmer dövründə işimə ciddi yanaşmadığım barədə iddialarla razı deyiləm. Bu, peşəkar davranış olmaz. Fərqli komanda yoldaşım olsa da, yarışda və ya sıralanma turunda saha sürətli gedəcəyimi düşünmürəm. Boliddən həmişə maksimumu aldım. İndi isə Karlosla yarışırıq və mənimlə layiqli mübarizə aparır. Bu hal ikimiz üçün də faydalıdır. Komandaya iki sürücünün xal qazandırması inkişafa da kömək edir. Sayns gənc və istedadlıdır. Onunla komanda yoldaşı olduğum üçün xoşbəxtəm”.