F-1.az xatırladır ki, Helkenberq son 3 mövsümü Force İndia komandasında keçirdikdən sonra Renault komandasına transfer olunub.
Almaniyalı sürücü bildirib ki, Renault-nun büdcəsi və potensialı Force İndia komandasının büdcəsindən və potensialından çox olduğu üçün bu addımı atıb və əlavə edib ki, Force İndia komandası əlavə resurslar tapa bilməsə, onların işi gələn il çətin olacaq: “Proqnoz vermək çətindir, amma yeni mövsümdə Force İndia komandasının hazırkı resurslarla ilk üçlükdəki komandalara müqavimət göstərməsi asan görünmür. Məncə, bir az daha çox resursa ehtiyacları var.