N.Hülkenberq: “Əziyyətimizin bəhrəsidir”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, qışda çox işləmələrinin qarşılığını alıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü Avstraliya yarışında 7-ci olub və mövsümə 6 xalla başlayıb.

Niko Hülkenberq: “Bugünkü nəticəyə sevinməliyik. Bolidin tempi yaxşı idi. İlk yarışda kimin hansı vəziyyətdə olduğunu görə bildik. Həftəsonu istədiyimiz kimi başlamamışdı. Cümə günü bolid yaxşı olmasa da, təkmilləşərək yarışa ən yaxşı formada çıxdıq. Təbii ki, rəqiblərin mübarizəni dayandırması kömək etdi. Amma təhlükəsizlik avtomobilində bəxtimiz gətirmədi. Bəlkə, daha çox xal qazanardıq. İndi isə Bəhreynə hazırlaşmaq vaxtıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*