N.Hülkenberq: “Elektronik problem pis nəticəyə səbəb oldu”

Renault komandasının sürücesü Niko Hülkenberq sıralanma turunun ikinci sessiyasında mübarizəni RS17-dəki elektronik problemə görə dayandırdığını bildirib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycandakı sıralanma turunda 14-cü yeri tutsa da, Karlos Saynsın startda 3 yer ititməsi ilə 13-cü yerə yüksəlib.

Niko Hülkenberq: “Elektronik problemə görə çox güc itirdik. Bu çox çətin vəziyyət idi. Bakı Şəhər Halqası çətin trasdır və pit yolunda çox problem yaşadıq. İndi isə çox xal qazanmaq üçün mübarizə aparmalıyıq. Buna görə də yarışda bütün fürsətlərdən istifadə etmək lazımdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*