N.Hülkenberq ehtiyatlı danışıb

Niko Hülkenberq testlərin 3-cü gününü birinci yerdə bitirməsinə baxmayaraq, təmkinli danışıb...

F-1.az xəbər verir ki, Niko Hülkenberq super yumşaq təkərlərlə günün ən sürətli zaman dövrəsini atıb. Almaniyalı sürücü gün ərzində 99 dövrə vurub.

Hülkenberq testlərlə bağlı təəssüratlarını bildirib: “Əgər düzünü danışsaq, mövsüm indi elə də maraqlı deyil.

Bu gün çalışdıq ki, bütün paketi test edək. Rəqabətədavamlı görünürük. Bolidin potensialı da yaxşıdır.

Bolidlə bağlı hər şey yaxşıdır, amma ehtiyatı əldən buraxmamalıyıq.

Boliddəki ilk günüm ideal keçdi. Fərqli sazlamalar üzərində işlədik və həmişəki kimi əvvəldən bildiyimiz test proqramımız var idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*