F-1.az xatırladır ki, almaniyalı sürücü yağışlı keçən Kanada sıralanma turunda ikinci olaraq, sensasiyaya imza atıb. O, son sessiyada trasa ilk çıxan sürücülərdən biri idi və bu üstünlükdən maksimum istifadə edib. Düzdür, qırmızı bayraq da Nikoya kömək etdi, amma 35 yaşlı pilot düzgün strategiyasının bəhrəsini görüb. Bu da Haas komandasının ən yaxşı yarış startı olacaq.
Niko Hülkenberq: “Əyləncəli idi. dəlisov sıralanma turu oldu. Dəyişkən hava şəraitində işlər qarışıq olur. Xüsusən də buradakı yüksək sürətli döngələrdə və döngə çıxışlarında olan yaxın divarlar hər şeyi qarışdırır.
Başlanğıcda tras yaş idi. Qurudu və yenidən islandı. Buna görə davamlı adaptasıya olmalı idik. Komanda əla işlədi və hər şey problemsiz idi. Sevincli və qürurluyam.Bu cür hava şəraitində təkər qərarları üçün çoxlu söhbətlər edirik. Davamlı radio açıq olmalıdır. Əlbəttə, əvvəl rəqiblərin nə etdiklərinə baxıb, sonra düşünürsünzün. Məncə, bu gün dəyişim vaxtını düz tutduq.Böyük səhv etmədik. Deyəəsn bunun hüsabına ikinci olduq.
Əlbəttə birinci cərgədə olmaq gözəldir, amma sabah hava şəraiti necə olacaq və bu yeri necə qoruyacağıq bilmirəm. Hər şey göstəriri ki, sabah hava günəşli və quru olacaq. Yəni bugünkündn fərqli… Sadəcə trasa çıxıb ən yaxşı və ən sərt formada yarışmaq istəyirəm. Ümid edirəm ki, yaxşı nəticə qazanarıq”.