N.Hülkenberq: “Çirkli hava artıb”

Renault komandasının sürücüsü Niko Hülkenberq çirkli havaya görə rəqibi izləməyin çətin olduğunu deyib.

F-1.az xatırladır ki, rəqibi izləmək asanlaşsın deyə 2019-cu ildə texniki reqlamentdə dəyişikliklər edilmişdi. Lakin sürücülər yenə bir-birlərini izləməkdə çətinlik çəkirlər.

Niko Hülkenberq də Fransa yarışında Kimi Rəykkönenin arxasında ilişib qalmışdı. Almaniyalı sürücü bildirib ki, daha əvvəl belə çətinlik çəkib: “Daha əvvəl belə pis olmamışdı. Fərqi yarım saniyəyə salanda izləmək daha da çətin olur. Öndəkini izləyərkən asfaltla ilişmə azalır və nəfəsiniz kəsilir. Ayağınızı qazdan çəkməlisiniz. Yoxsa Çin səddinə çırpılmış kimi hiss edirsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*