N.Hülkenberq: “Çində xal qazanmaq üçün hər şey edəcəm”

Renault komandasının sürücüsü Niko Hülkenberq Çin yarışında yeni komandasında ilk xallarını qazanmaq istəyir.

F-1.az xatırladır ki, Hülkenberq mövsümün ilk yarışı Avstraliyada xal zonasından 1 saniyə geridə başa vuraraq 11-ci olmuşdu. Almaniyalı sürücü bu məyusluğa baxmayaraq, Çində xal uğrunda mübarizə aparmağa qərarlıdır: “Xal və ya xallar qazanmaq üçün bütün yolları sınayacam. Avstraliyada bolidin tempi güclü idi və daha yaxşı nəticə qazana bilərdik. Amma yarışın əvvəlindən trafikə düşdük və problem yaşadıq. Buna görə də əsəblərimiz pozuldu. Təkər strategiyamız da bizə kömək etmədi. Orta qrupdayıq. Bəzi rəqiblərimiz bizdən öndə olsalar da, onlara çata bilərik. Şanxay trası Albert Parkdan fərqlidir. Görək nə olacaq.

Renault komandasında özümü evimdəki kimi hiss edirəm. İnanıram ki, böyük uğurlar qazanacağıq. Renault-nun yenidən güclü komanda olması böyük layihədir. Amma hələ yola təzə çıxmışıq və bu uzun macəra olacaq. Bu layihənin bir parçası olmaq çox gözəldir. Hamı çox işləyir. Gələcəkdə böyük uğurlar qazanacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*