N.Hülkenberq: “Cəzaları santimetrlərlə aldım”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Çin yarışında aldığı iki cəza da santimetrlik cəzalar olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü virtual təhlükəsizlik avtomobili rejimində Qrojanı ötdüyü üçün 5, təhlükəsizlik avtomobili rejimində isə Erikssonu keçdiyi üçün 10 saniyə cəza almışdı.

Niko Hülkenberq: “Hər ikisi də santimetrlik qərarlar idi. Düzünü desəm, Qrojanı keçdiyimi xatırlamıram, çünki trasda çox hadisə baş verirdi. Erikssonla olan hadisəni isə xatırlayıram. Birinci döngədə gec əylənərək, xarici trayektoriyadan hücum edirdim. Hücumu tamamladıqdan sonra 2-ci döngədə sükanı daha çox fırlatdım. Buna görə də ekrandakı mesajı görmədim. Görəndə isə gec idi. Görən kimi komandaya xəbər versəm də, problem olmayacağını düşündüm. Çünki hər şey çox yaxın idi.

Çarli Uaytinq bizə xəbərdarlıq versəydi, yaxşı olardı. Amma onu da anlayıram. 20 bolidə nəzarət etməlidir. Biz radiodan bu haqda məlumat ala bilərdik. Ancaq hər şey çox sürətlə inkişaf etdi. Bunlar olmasaydı, yarış fərqli ola bilərdi. Bu hadisələrdən sonra xal qazanmaq mümkünsüz idi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*