F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın əvvəlində Pereslə mübarizə apararkən trası kəsib və önə keçib. Buna görə də 5 saniyəlik cəza alıb.
Niko Hülkenberq: “Beş saniyəlik cəza ədalətli idi. Fərqli boliddə hər şeyi başqa cür görürsünüz. Rəqibimin yerində olsam, nə edərdim bilmirəm, amma mənə verilən cəza yetərli idi. Bolidi normal trayektoriyaya gətirib dönməyə hazır idim, amma Serxio mənə boşluq buraxmadı və dönməyə yerim qalmamışdı. Məncə, sürücünü tras xaricinə itələmə faktı var idi. Lakin stüardlar belə düşünmədi. Yenə də qərara hörmət edirəm.
Burada əla nəticə qazanaraq Mühəndislər Kubokunda 6-cı olduq. Buna görə çox sevinirik”.