N.Hülkenberq: Bütün suallara gələn həftə cavab alacağıq

Alman sürücü testlərin son günündə səhər sessiyasında çıxış etdikdən sonra maşını komanda yoldaşına təhvil verib və mövsümə hazırlıqları tamamlayıb.

F-1.az bildirir ki, Nikonun fikrincə, bir çox suala dəqiq cavab vermək üçün hələ çox tezdir.

Niko Hülkenberq: “Ümumiyyətlə, testlər yaxşı keçdi. Uzun məsafə qət etdim, sürməyə öyrəşdiyim ilk dövrələrdən maşınla əlaqəni hiss etdim. Hamı kimi biz də komandanın yaxın bir neçə gün ərzində təhlil edəcəyi çoxlu sayda faydalı məlumat topladıq. Bir çox maraqlı həlləri sınadıq, lazım olan məlumatları topladıq. İndiyə qədər hər şey yaxşı keçdi.

Testlərdən daha çox yarışmağı xoşlayıram, ona görə də şadam ki, gələn həftə mövsümün ilk mərhələsibaş tutacaq. Məhz o zaman trasdakı nəticələr önəmli olacaq. Mən Bəhreyndə qalacağam – növbəti beş gün bir az dincələcəyəm və məşqləri davam etdirəcəyəm. Gələn həftə sonu isə hücum rejiminə keçəcəyəm.

Haasın harada olduğunu bilmirəm. Görməli işim çox olduğundan digər komandaların nə etdiyinə fikir vermədim. Gələn həftə bütün cavabları alacağıq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*