F-1.az xatırladır ki, almaniyalı sürücü Meksika yarışında 7-ci yeri tutmuşdu.
Bundan başqa Hülkenberqin komandası Force İndia mühəndislər çempionatında Williams-la 4-cü yer uğrunda mübarizə aparır.
Niko Hülkenberq: “Braziliyada xoş xatirələrim var. 2010-ci ildə buradakı ilk yarışımda poul qazanmışdım. Bundan başqa 2012-ci ildə karyeramın ən gözəl günlərindən birini yaşamışdım. 40 dövrə ərzində dəyişkən hava şəraitində mübarizə aparmışdıq. Yaxşı strategiya seçərək, uğur qazanmışdım. Karyeramın ən xüsusi yarışlarından biri idi.
Burada olduğum üçün sevincliyəm. San Paulunu çox sevirəm. Braziliyalıların həyat tərzi mənim diqqətimi cəlb edir. İnanıram ki, bu həftəsonu yaxşı performans göstərəcəm. Hava şəraiti önəmli faktor olacaq. Görək nə olur. Ümid edirəm ki, hər şey yaxşı olar”.