F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyn yarışına 7-ci yerdən başlasa da, yekunda 9-cu olaraq Renault komandasının heyətində ilk xallarını qazanıb.
Niko Hülkenberq: “Bütün yarış ərzində bolidlə güləşdim və sonda iki xal ala bildik. Sıralanma tempində daha yaxşı görünürdük, amma yarışda zəif tərəflərimiz özünü göstərdi.
Strategiya hesabına 9-cu olduq. Ümumilikdə gözəl yarış idi və axır ki, xal qazandıq. İkinci gün testlərdə sükan arxasına keçəcəm və bəzi yeni detalları sınaqdan keçirəcəyik. Ümid edirəm ki, gözəl nəticələr ala bilərik və növbəti yarışa daha güclü bolidlə gedərik”.