N.Hülkenberq bolidin performansından heyrətə gəlib

Renault komandasının sürücüsü Niko Hülkenberq Barselonada cümə sərbəst yürüşlərindən sonra bolidin inkişafına təəccüblənib.

F-1.az xatırladır ki, almaniyalı sürücü İspaniyada lider Həmiltondan cəmi 0.8 saniyə geri qalaraq, 7-ci yeri tutub. Hülkenberqin komanda yoldaşı Palmer isə 8-ci olub.

Niko Hülkenberq: “Bizim üçün uğurlu gün idi. Hələ də bəzi sahələrdə inkişaf etməliyik. Amma cümə günü təsiredici performans göstərdik. Sözün açığı, bu qədər sürətli olmağı gözləmirdik. Tras sürüşkən olduğu üçün asfaltla ilişmə pis idi, amma düzgün sazlanmalar edərək yaxşı dövrələr vura bildik. Düzdür, əsl iş şənbə günü başlayır. Ümid edirəm ki, tempimizi davam etdirə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*