F-1.az xatırladır ki, almaniyalı sürücü Avstraliyada sıralanma turunda 8-ci olsa da, Rikkardonun cəzasına görə 7-ci yerə yüksəlib.
Niko Hülkenberq: “Boliddən narazı olsam da, nəticədən razıyam. Sıralanma turu çətin keçdi və son dövrəm mükəmməl deyildi. Cümə günündən sonra fərqli sazlanmalar yoxlasaq da, üçüncü sərbəst yürüşlərdə yağış yağdığı üçün dəyərləndirmə edə bilmədik”.