F-1.az xatırladır ki, Hülkenberq Formula1 karyerasına 2010-cu ildə Williams komandasında başlamış və debüt ilində Braziliya yarışında poul qazanmışdı. Karyerasının sonrakı illərində Force İndia və Sauber komandalarında çıxış edən Hülkenberq nə poul qazanıb, nə də podiuma yüksələ bilib. 29 yaşlı sürücünün komanda yoldaşı Serxio Peres isə bu müddətdə 4 dəfə podiuma yüksəlib.
Hülkenberq 2016-cı ilin Braziliya yarışında podiuma çıxmağa yaxın olsa da, Rəykkönenin bolidindən çıxan qırıntılar təkərini deşmişdi.
Niko Hülkenberq: “Yenə də yaxşı işlər görürdüm və podiuma yüksəlmək üçün önümdə heç bir əngəl yox idi. Daha sonra tras üzərindəki qırıntılardan biri təkərimi deşdi və sonrasını bilirsiniz. Bu səhv deyil, bəxtsizlikdir.
Burada bəxtsizlik olduğuna inanmıram. Çox işləyib və doğru qərarlar versəniz, istədiyiniz uğuru əldə edə bilərsiniz. Mən də bunun üçün mübarizə aparıram.
Təbii ki, sizin əlinizdə olmayan hadisələrə görə fürsətləri əldən vermək gözəl deyil, amma belə hallar bu idmanda labüddür və bunu qəbul etmək lazımdır. Əldən verdiyim podiumları düşünüb ağlamıram. Hər yarışdan sonra daha çox çalışıb, bir gün istədiyim podiumu qazanacam”.