N.Hülkenberq: “Bərbad gün idi”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, çox pis bir günü geridə qoyublar.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monakoda gözlənilmədən cümə axşamını 17-ci yerdə bağlayıb.

Niko Hülkenberq: “Sözün açığı, bu gün bolidə nə olduğunu hələ də anlamamışam. İndi mühəndislərlə oturub problemin səbəbini tapmalıyıq. Problem təkcə balans deyil. Təkərlərdən də yaxşı istifadə edə bilmədik. Monako bütün komandalar üçün hədəfdir. Ümid edirəm ki, növbəti iki gündən maksimum istifadə edib mübarizəyə qayıdarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*