N.Hülkenberq: Barselona trasını hamı yaxşı tanıyır

Alman sürücü Barselonadakı trasda sonuncu dəfə 2019-cu ildə mübarizə aparıb.

F-1.az xəbər verir ki, buna görə də, Niko mövsümün yeddinci yarışını səbirsizliklə gözləyir.

Niko Hülkenberq: “Bu trasda boyun üzərinə çoxlu təzyiqlər düşür, xüsusən də bu ildən. Çünki son iki döngənin köhnə konfiqurasiyasına qayıdılıb. Bu da o deməkdir ki, yavaş şikan konfiqurasiyadan çıxarıldığı üçün tras daha sürətli olacaq. Düşünürəm ki, orta sürət kateqoriyasından olan tras sürətli kateqoriyaya keçəcək və vəziyyət daha da çətinləşəcək.

Barselonadakı trası hamı yaxşı tanıyır, çünki əvvəllər biz onun üzərində bütün qış testlərini keçirmişik. Mən bu trasda bir milyon dövrə qət etmiş kimi hiss edirəm və indi son sektoru qiymətləndirmək istəyirəm. Barselona ləzzətli yeməkləri olan yüksək səviyyəli bir şəhərdir, ona görə də bu mərhələyə səfərlərdən şikayətlənməyə əsasımız yoxdur”.

Qeyd edək ki, Hülkenberq son yarış olan Monako Qran Prisində yalnız 17-ci ola bilib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*