F-1.az xatırladır ki, almaniyalı sürücü səhv sazlanma seçdiyinə görə yarışa pit yolundan başlayıb. Hülkenberq yarışa Hard təkərlərlə başlayıb və demək olar ki, bütün yarışı bu dəst təkərlərlə keçirib. O pitə 50-ci dövrədə gəlib və yekunda 17-ci yeri tutub.
Niko Hülkenberq: “Maşın gözlədiyimiz kimi işləmədi. Bolidin davranışlarına uyğunlaşa bilmədim və temp tuta bilmədim. Həftəsonuna bu sazlanmalarla başladığımızda riskə getdiyimizi düşünməmişdik, çünki Bakıda çox yaxşı nəticələrimiz olub. Ancaq yeni format və birsaatlıq sərbəst yürüşlərlə pis vəziyyətə düşdük, çünki hazırlıq üçün vaxtımız az idi. İndi isə nə baş verdiyini təhlil edəcəyik.
Yarışa düzülüşdən başlasaydıq da, işlər bizim üçün asan olamayacaqdı. Bakı trası aşağı asfaltlailişmə istəyən trasdır və bu bizim bolidə uyğun deyil. Lakin Mayamidə daha güclü olacağımızı gözləyirəm, çünki maşına fərqli arxa qanad qoyulacaq”.