N.Hülkenberq: Bakı maraqlı olacaq

Haas komandasının sürücüsü Niko Hülkenberq Azərbaycana yüksək əhval-ruhiyyədə gəlir.

F-1.az xatırladır ki, almaniyalı sürücü üçillik fasilədən sonra idmana qayıtsa da, ilk üç sıralnam turunda komanda yoldaşı Maqnusseni qabaqlayıb və Avstraliyada 8-ci olaraq, aktivinə 4 xal yazdırıb.

Niko Hülkenberq: “Yeni komandanızda ilk xalı qazanmaq həmişə gözəldir. Bunu bacardım. İlk yarışlarda çox sahədə təkmilləşdik və boliddən faydalandıq. Sazlanmaları da ən yaxşı hala gətirdik. Bu sahədə təcrübələr aparırıq və daha çox inkişafa ümid edirik. Əlbəttə, yaxşı yarış keçirib, xal qazanmaq gözəl idi.

Bakı mənim ilk sprint yarışım olacaq. Sadəcə bir sərbəst yürüşlər və daha sonra birbaşa sıralanma turuna keçəcəyik. Aşağı seriyalara bənzəyir. Hazırlaşmaq üçün vaxtımız çox azdır. və doğru sazlanmaları tapmaq lazımdır. Çətin olsa da, maraqlı həftəsonu olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*