F-1.az xəbər verir ki, Formula1-də mövsümöncəsi qış testləri fevralın 22-dən 25-dək və martın 1-dən 4-dək İspaniyanın Barselona trasında baş tutacaq.
Hülkenberq testlərə münasibət bildirib: “Testlərə yaxşı hazırlaşaraq azalan test günlərindən maksimum faydalanmaq istəyirik. Belə etsək 2015-ci ildəki uğurumuzu təkrarlaya bilərik.
Bu il bizim sadəcə 8 günümüz var və 8 gün müddətində mövsümə tam hazır olmalıyıq. Harada olacağımızı bilmirik, çünki rəqiblərimizin nə edəcəyindən xəbərimiz yoxdur. Amma keçən il sürətlə inkişaf etdik, ona görə də ümidliyik”.