N.Hülkenberq: “Axmaq asfalt bizi xallardan etdi”

Renault komandasının sürücüsü Niko Hülkenberq 16-cı döngədəki sürüşkən asfaltı tənqid edib.

F-1.az xatrladır ki, almaniyalı sürücü vətənindəki yarışda podium uğrunda mübarizə apararkən 16-cı döngədə trasdan çıxmış və qaçış zonasındakı sürüşkən asfaltda sürüşərək divara çırpılıb.

Niko Hülkenberq
: “Nə deyim bilmirəm. Komanda əla işlədi. Birdən bolidi itirdim və bu, ən səhv yerdə – 16-cı döngədə oldu. Ora normal asfalt deyil. Buz sahəyə oxşayır. Oraya girəndə bolidi idarə edə bilmədim. Yavaşlamaqdansa, sürətləndim və nəticəni gördünüz. Bunu qəbul etmək çətindir. Komanda əla steategiya seçmişdi. Qəzaya qədər hər şey əla idi. Başqa sürücülər də orada problem yaşadılar. Müzakirə olmalıdır. Bu təhlükəsizlik üçün deyil. Əsl axmaqlıqdır. Quruda yaxşı olsa da, yağışda bərbad idi. Bizimçün əla bir nəticə əldən getdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*