F-1.az xatırladır ki, yarışın startında Ferstappen Hülkenberqə təmas etmiş və almaniyalı bəxt hesabına problem yaşamadan yoluna davam etmişdi. 29 yaşlı sürücü yarışı 7-ci yerdə bitirib.
Niko Hülkenberq: “Çox asan və yalnız yarış oldu. Daha çox Serxio ilə yarışdıq, çünki öndəkilər və arxadakılar çox uzaqda idilər. İlk döngədəki hadisələr qəribə idi. Maks mənə çırpıdı və bolidin altlığı zədələndi. Belə sürmək asan deyildi, amma davam edə bildiyim üçün sevincliyəm. Bolidi finişə gətirmək üçün sürətim var idi. Force İndia-dakı son yarışımdan bi cür nəticə ilə ayrıldığım üçün xoşbəxtəm. Komandalar çempionatındakı 4-cü yerə layiq idik və indi bunu qeyd etmək vaxtıdır. Buradan çoxlu gözəl xatirələrlə ayrılacam. Bu cür böyük komandanın bir hissə olduğum üçün özümlə fəxr edirəm. Burada inkişaf etdim və bu səviyyəyə gəldim. Məni dəstəkləyənlərə təşəkkür edirəm”.