N.Hülkenberq artıq Racing Point-in bazasındadır

Niko Hülkenberq oturacaq sazlanmasına görə Racing Point-in bazasına gəlib.

F-1.az xatırladır ki, Serxio Peresin koronavirus testi pozitiv çıxıb və meksikalı sürücünü karantinə alıblar. Çeko 2 həftə ərzində karantində qalacaq və həm bu həftəsonu, həm də gələn həftə Silverstoundakı yarışlarda çıxış etməyəcək. Racing Point əvvəlcə Esteban Qutyerres və ya Stoffel Vandorn alternativlərini dəyərləndirsə də, son anda sabiq sürücüsü Niko Hülkenberqi yarışdırmaq qərarına gəlib.

Hülkenberqin boyu uzun olsa da, bolidə sığmaqla bağlı problemi olmayacaq. Çünki komandanın digər sürücüsü Ləns Stroll ondan sadəcə bir neçə santimetr uzundur. Hazırda Hülkenberqin test nəticəsi gözlənilir. Əgər neqativ çıxsa, almaniyalı sürücü növbəti iki yarışda Peresi əvəz edəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*