F-1.az xatırladır ki, Hülkenberq Yaponiya yarışında yaxşı performans göstərərək, 8-ci yeri tutmuşdu.
Hülkenberq bildirib ki, Amerika traslı təqvimdəki ən gözəl traslardan biridir: “Bu həftəsonu Ostində keçiriləcək yarış həzz verən yarışlardan biri olacaq. Buna əminəm. Mükəmməl trasdır, maraqlı şəhərdir və möhtəşəm insanları var.
Şəhərə gələn anda buradakı ab-hava sizi özünə çəkir. Bunu hiss edə bilirsiniz. Burada insanlar da, tras da mükəmməldir. Yağış yağsa, işlər qarışa bilər. Əlinizə düşən fürsətlərdən maksimum istifadə etməli və boliddən maksimumu almalısınız. Görək nə olur…”