N.Hülkenberq: Almaniya çətin qayıtsın

Haas komandasının sürücüsü Niko Hülkenberq düşünür ki, Formula1 Almaniyada əvvəlki kimi populyar deyil.

F-1.az xatırladır ki, Almaniya Qran Prisi 2020-ci ildən sonra keçirilməyib. Lakin Almaniyadan Mixael Şumaxer kimi yeddiqat, Sebastyan Fettel kimi dördqat və Niko Rosberq kimi çempionları olub.

Ancaq hazırda peletonda sadəcə bir alman sürücü – Niko Hülkenberq- var. Gənc sürücülərdə isə demək olar potensial yoxdur.

Niko Hülkenberq: “Formula1 hazırda çoz populyar deyil. Əvvəllər populyar idi, məncə keçmişdə Almaniyada çox populyar idi. Bu, bir neçə ünsürdən qaynaqlanır. Sözün açığı, Mixael Şumaxer, Sebastyan Fettel, Niko Rosberq və Mercedes Almaniyanı ərköyün elədi.

Formula1-dəki varlığımız həmişə güclü olub. Ən azından son 30 ildə elə idi. Buna görə də idman populyar və sevilən idi. Belə olan halda təbii olaraq, geriləmə başlaya bilir.

Almanyadakı avtomotiv sahəni iqlim dəyişikliyinə görə qınayırlar. Onların sintetik olmadığını düşünürlər. Bu hal avtoidmana da əks olunur.

Almaniyada yarışın keçirilməsinə qarşı deyiləm. Oradakı bütün yarışları sevirəm. Amma mənim üçün fərqi yoxdur. Onsuz da orada Formula1 yarışının keçirilməsini gözləmirəm. Amma işin içində deyiləm. Bəlkə də bəzi insanlar bunun üçün işlər görürlər”.

Qeyd edək ki, son dövrlər çıxan söz-söhbətlərə görə Hokkenhaym trası Formula1 təqviminə qayıtmaq istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*