F-1.az xatırladır ki, almaniyalı sürücü Renault komandasından ayrılır və gələn il üçün özünə yer tapa bilməyib. Hülkenberq Alfa Romeo komandasının rəhbəri Frederik Vassyörlə GP2 dövründən tanışdır və hazırda onunla danışıqlar aparır.
Niko Hülkenberq: “Onunla danışmışam. Uzun illərdir ki, bir-birimizi tanıyırıq və yaxın dostuq. Hələ heç nə dəqiq deyil. Mövsümün sonudur və qərarlar bu dövrlərdə verilir. Görək nə olur”.