F-1.az xəbər verir ki, Formula 1-də 2010-cu ildə Williams komandasında debüt edən Niko Hülkenberq 2011-ci ili Force İndia-nın test pilotu kimi keçirib. Qalan 5 mövsüm ərzində 96 yarışa qoşulub və 94 dəfə start alıb. Çıxdığı yarışlarda ümumilikdə 290 xal toplayıb.
N.Hülkenberq: “Səhvlərimdən nəticələr çıxarmalı və daha yaxşısını etmək üçün çalışmalıyam. Bəzi şeylər bizdən asılı olmur. Amma mən növbəti mövsümdə karyeramın ən yaxşı mövsümünü keçirmək və podiuma yüksəlmək istəyirəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını edəcəm”.
Alman pilotun yarışlarda tutduğu ən yüksək yer 4-cü yerdir. O, buna 2 dəfə – 2012-ci ildə Belçika Qran Prisində və 2013-cü ildə Koreya Qran Prisində nail olub.