N.Hülkenberq: “Təhlükəsizlik maşınının çıxması ehtimalı yüksəkdir”

Dünən keçirilən sıralanma turundan sonra Force İndia komandası jurnalistləri qəbul edib. Sıralanmada 12-ci olan Niko Hülkenberq F-1.az saytına müsahibə verib.

Niko Hülkenberq: “Tras barədə onu deyə bilərəm ki, DRS zonaları və düzlüklər olduqca uzundur. Təkərləri optimal temperaturda saxlamaq çətindir. Bura ilk dəfə gəlirik və təzə tras olduğu üçün düzgün sazlanmaları tapmaq çətindir. Amma biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışır;q. Birinci sərbəst yürüşlərdən sonra sazlanmalarda ciddi dəyişikliklər etdik. Çünki düzlüklər çox uzundur və bu, bizim əleyhimizə idi”.

Niko başqa seriyalarda yarışıb-yarışmayacağı barədə olan suala da cavab verib: “Xeyr, belə bir şeyi düşünmürəm. Formula1 mənim olmaq istədiyim yerdir. Le Man yarışında iştirak etmək çox gözəl idi, amma Formula1 ondan üstündür”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*