N.Heyden dünyasını dəyişib

MotoGP üzrə 2006-cı ilin Dünya Çempionu Niki Heyden 35 yaşında gözlərini əbədi yumub...

F-1.az xəbər vermişdi ki, amerikalı sürücü keçən həftə İtaliyanın Rimini şəhərində dostları ilə velosiped sürən zaman yolla hərəkət edən bir avtomobil ona çırpılmışdı. Nəticədə Dünya Çempionu beynindən ciddi xəsarət almış və ayaqlarında çoxsaylı qırıqlar əmələ gəlmişdi.

Heyden təxminən bir həftə komada qaldıqdan sonra bu gün ayılmadan dünyasını dəyişib.

Qeyd edək ki, 1981-ci ildə Kentukidə dünyaya gəlmiş sürücü 2003-2015-ci illərdə MotoGP-də çıxış edərək Honda, Ducati və Aspar komandalarının şərəfini qorumuşdu. Amerikalı sürücü 2006-cı ildə Valentino Rossi ilə dueldən qalib ayrılaraq, Dünya Çempionu titulunu qazanmışdı.

Heyden 2016-cı ildən etibarən WSBK-da yarışırdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*