N.Haydfeld: Şumaxeri şişirirlər

Sabiq Formula1 sürücüsü Nik Haydfeld bildirib ki, mətbuat Mik Şumaxeri çox şişirdir.

F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu Mik bu il Haas komandası ilə idmanda debüt edir. Almaniyalı sürücü həm mətbuatdan, həm də komandasından dayanmadan təriflər alır.

Nik Haydfeld: “İndiyə kimi yaxşı performans göstərib. Ancaq bir şey xoşuma gəlmir. Onu mətbuat çox qoruyur. Hamı istəyir ki, Şumaxer uğurlu olsun. Formula1-də ilk ötməsini etdi və bunu dünyada bir ilkmiş kimi qələmə verdilər. Məncə, çox şişirdirlər.

Təbii ki, bu, Mikin günahı deyil. Haqqında pis xəbər çıxmaqdansa, yaxşı söz-söhbətlərin getməsi məqsədəuyğundur. Ancaq bu hal birdən-birə dəyişə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*