F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu keçən il Formula2-də bir qələbə qazanmasına baxmayaraq, pis performans göstərmiş və 22 sürücülük çempionatda 12-ci olmuşdu.
Nik Haydfeld: “Şumaxer ailəsi hər şeyin vaxtını bilir. Ona görə də oğullarını vaxtından Formula1-də yarışdırmadılar. Ancaq bu mövsüm Miki Formula1-də görsəm, təəccüblənmərəm. Ferrari-də olmasa belə növbəti mövsüm sürücüsü olmayan Alfa Romeo-da yarışa bilər.
Bu il Formula2-də yaxşı performans göstərsə və Covinatsi keçənilindən də zəif çıxış etsə, mövsümün ortasında Miki Alfa Romeo komandasında görə bilərik”.