F-1.az xatırladır ki, Fettel Formula E seriyasını tənqid etmiş və orada heç vaxt yarışmayacağını demişdi. Lakin Formula1 tarixinin ən gənc dördqat Dünya Çempionuna Haydfelddən cavab gəlib: “Formula E-nin hədəfi Formula1-i əvəz etmək deyil. Burada kimin qalib gələcəyini əvvəldən proqnozlaşdırmaq olmur. Buna görə də yarışlar həyəcanverici olur. Formula1-də isə qaliblər bəllidir. Küçə yarışları keçirməyimizə baxmayaraq, daha çox ötmə var. Seriyanın gələcəyi Formula1-ə nisbətən daha işıqlıdır. Gənclər bu seriyaya daha çox maraq göstərirlər.
Bundan başqa yarışlara ailələr də baxmağa gəlir, çünki yarışlar daha səssizdir. Səs barədə tənqidlərlə də razı deyiləm. Burada daxili yanma mühərriklərdən yox, elektrik mühərriklərdən istifadə olunur. Mübarizənin səviyyəsi də yüksəkdir. Daha güclü pilotlar gəlir və yeni istehsalçılar qoşulur. İnsanlar bu seriya barədə danışırlar. Bolidlər Formula1-ə nisbətən yavaş olsalar da, sürücülər üçün yeni çətinliklər var. Yeni şeylər öyrənirik. Ayağınızı qaz pedalından götürməli və enerjiyə qənaət etməlisiniz”.