F-1.az xatırladır ki, almaniyalı sürücünün növbəti mövsümdə Mercedes-lə yarışmaq ehtimalı var.
Nik Haydfeld: “Mercedes-ə getməsi real görünmür. Ancaq rəhbərlikdən biri deyə bilər ki, bizim alman sürücüyə ehtiyacımız var. Lakin bu da mümkün deyil. Çünki Həmilton-Fettel cütü ideal deyil. Bunu Fettel belə istəməz. Çünki Həmilton karyerasının zirvəsindədir və Mercedes-in birinci sürücüsüdür. Həmilton da bu keçidə görə narahat olacaq. Komandadaxilində sakitçilik də pozulacaq. Lakin Formula1-də hər şey ola bilər və biz də gözləməliyik”.