N.Hauq: “Nikonun uğurlarını bəxtə bağlamaq olmaz”

Mercedes Motorsport-un sabiq rəhbəri Norbert Hauq bildirib ki, Rosberq hazırda istedadı hesabına birinci yerdədir.

F-1.az xatırladır ki, Niko Rosberq bu mövsüm 20 yarışdan 9-da birinci, 4-də ikinci və 2-də üçüncü olub və hazırda son yarışa ən yaxın rəqibini 12 xal qabaqlayaraq girir.

Həmilton isə son müsahibəsində Rosberqin şanslı sürücü olduğunu demişdi.

Amma Norbert Hauq bu sözlərlə razı deyil: “Niko davamlı inkişaf etdi. Statistikaya baxsanız görərsiniz ki, bu il 9 yarış qazanıb və bir neçə dəfə ikinci olub. Bunu sadəcə bəxt hesabına etmək olmaz. Bunu istedadınızla edərsiniz.

Neçə illərdir komanda yoldaşından geri qalsa da, fokuslanmağa davam etdi. Buna görə də çempionluğa layiqdir.

O son yarışda da təzyiqə tab gətirə biləcək. O, qələbə xalını qazanmağa qadirdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*