N.Hauq: Günah rəqiblərdədir

Mercedes Motorsport-un sabiq rəhbəri Norbert Hauq bildirib ki, yarışların darıxdırıcı olmasının səbəbi Mercedes yox, rəqibləridir.

F-1.az xatırladır ki, Almaniya komandası son altı ildə hər iki cəbhədə Dünya Çempionu olub. “Gümüşü oxlar” bu mövsüm də mümlün 132 xalın 121-i toplayıblar. Buna görə də bəzi mütəxəssislər düşünür ki, Mercedes yarışları darıxdırıcı hala gətirib.

Norbert Hauq: “Mercedes-in son altı ildəki mükəmməlliyi idman üçün qeyri-adidir. Deyirlər ki, Mercedes idmanı darıxdırıcı edib. Amma bu, belə deyil. Çempionatı maraqsız edənlər Mercedes-in tempinə cavab verə bilməyənlərdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*