F-1.az xatırladır ki, son günlərdə Mercedes-lə Fettelin adı tez-tez bir yerdə hallanır. Amma almaniyalı sürücü bu mövsüm Avstraliyada qalib gələrək, mövsümə əla başlanğıc edib. Qeyd edək ki, 29 yaşlı sürücünün komandası Ferrari ilə müqaviləsi ilin sonunda bitəcək.
Norbert Hauq: “Əgər Sebastyan mövsümün qalan yarışlarında da bu performansını davam etdirsə və çempion ola biləcəyini düşünsə, komandada qalacaq. Onsuz da bu il yaxşı nəticələr ala bilməsə, komandada qalma ehtimalı da azalacaq və digər alternativləri dəyərləndirəcək. Ferrari bu cür sürücünü əlində saxlamaq istəyirsə, mövsüm ərzində Avstraliyada olduğu kimi rəqabətədavamlı olmalıdır”.