N.Fray: “Mixaeli qaytarmağı içki içərkən qərar verdim”

Mercedes komandasının sabiq rəhbəri olan Nik Fray bildirib ki, Mixael Şumaxeri Formula1-ə qaytarma qərarını içki içərkən verib.

F-1.az xatırladır ki, almaniyalı Formula1 əfsanəsi 2006-cı ildə Formula1 karyerasını bitirsə də, 2010-cu ildə Mercedes komandası ilə yenidən idmana qayıtmış və 3 mövsüm burada çıxış etmişdi.

Nik Fray: “Maaş məsələsinə görə Battonla davam edə bilməyəcəyimiz məlum idi və pis vəziyyətdə qalmışdıq. İlin sonu olsa da, namizədlər var idi. Nik Haydfeld gözəl çıxış edirdi və ilk olaraq onu düşündük. Ancaq əsl superstarla yarışmaq istəyirdik. Rossla pivə içirdik. Mixael də orada idi. Rossa dedim ki, sən Mixaellə dostsan. Onunla danış, gör nə deyir. Ross beş dəqiqədən sonra gəlib dedi ki, Mixael danışıqlar aparmağa razıdır. Bu, gözəl an idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*