N. Əl-Əttiyahın hədəfi ən çox etap qazanan sürücü olmaqdır

Toyota komandasının sürücüsü Nasse Əl-Əttiyah bildirib ki, növbəti hədəfi ən çox etap qazanan sürücü olmaqdır.

F-1.az xatırladır ki, qətərli sürücü bu il Dakarda 5-ci dəfə titul qazanıb. Onun 47 etap qələbəsi var. Ən çox etap qazanan sürücü isə finlandiyalı əfsanəvi sürücü Ari Vatanendir.

Əl-Əttiyah: “Nə qədər güclü olduğumu özüm deməyəcəm. Siz deyin. Karlos Sayns və Stefan Peteransel kimi digər sürücülərlə birlikdə ən yaxşılardanam. Hamımız mübarizə aparsaq da, Dakar sürprizlərlə doludur.

Keçən il də biz qalib gəlmişdik. Bu il statusu qorumağa çalışdıq. Dakarda yarışmağı sevirəm və bu il beşinci titulumuzu qazandıq. Növbəti hədəfim ğn çox etap qazanmış sürücü olmaqdır, çünki rekord hələ 50 etap qazanmış Ari Vatanendədir. Mənim isə 47 etap qələbəm var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*